Meyxanaçı Ağakərim vəfat edib | 1news.az | Xəbərlər
Cəmiyyət

Meyxanaçı Ağakərim vəfat edib

Qafar Ağayev16:42 - Bu gün
Meyxanaçı Ağakərim vəfat edib

Meyxanaçı Ağakərim (Kərim Novruzov) vəfat edib.

1news.az xəbər verir ki, bu barədə "Report"a meyxanaçının sənət dostu Ağamirzə (Ağamirzə Məmmədov) məlumat verib.

Qeyd edək ki, Kərim Novruzov uzun müddətdir, ağır xəstəlikdən əziyyət çəkirdi.

Kərim Novruzov 1964-cü ildə Bakının Maştağa kəndində anadan olub. 1993-cü ildə isə Əliağa Vahidə həsr olunmuş Qəzəlxan festivalının ən yüksək mükafatı olan qızıl medala layiq görülüb.

Paylaş:
54

Son xəbərlər

Bütün xəbərlər