Bakıda şəhid bulağından oğurluq edilib - VİDEO | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakıda şəhid bulağından oğurluq edilib - VİDEO

17:10 - 23 / 12 / 2025
Bakıda şəhid bulağından oğurluq edilib - VİDEO

Paytaxtın Nizami rayonunda silsilə oğurluq hadisəsi baş verib.

1news.az DİN-ə istinadən xəbər verir ki, naməlum şəxs müxtəlif vaxtlarda rayon ərazisində yerləşən şəhidlərin xatirəsinə tikilmiş bulaqdan iki ədəd su kranı, eyni zamanda üç avtomobilin dövlət qeydiyyat nişanlarını oğurlayıb. Nizami Rayon Polis İdarəsi 24-cü Polis Şöbəsi əməkdaşlarının daxil olmuş müraciətlər əsasında keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 34 yaşlı Kamran Qasımov müəyyən olunaraq saxlanılıb. Həmin şəxsin törətdiyi hadisələr təhlükəsizlik kameraları vasitəsilə də anbaan lentə alınıb.

Faktlarla bağlı araşdırmalar aparılır.

Paylaş:
420

Son xəbərlər

Maqnit qasırğası olacaq

12 / 01 / 2026, 14:28
Bütün xəbərlər