“McDonald’s Azərbaycan” şəhid və qazi övladları üçün Yeni il bayramı təşkil edib - FOTO
Yeni il bayramları uşaqlara xüsusi diqqət yetirilməsinin, onlar üçün qayğı və dəstək mühitinin yaradılmasının xüsusilə vacib olduğu bir dövrdür.
Yeni il ərəfəsində, eləcə də 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə “McDonald’s Azərbaycan” Dövlət Sosial Müdafiə Fondu ilə birgə şəhid və qazilərin övladları üçün bayram tədbiri təşkil edib.
Bayram "Şüvəlan Park"da yerləşən “McDonald’s” restoranında keçirilib.
Tədbirdə 50 uşaq iştirak edib. İştirakçılar üçün animatorların iştirakı ilə bayram proqramı və interaktiv əyləncələr hazırlanıb ki, bu da isti və həqiqətən bayram ab-havası yaradıb.
Bayramın sonunda uşaqlara yeni il hədiyyələri təqdim olunub.
Tədbir “McDonald’s Azərbaycan” ilə Dövlət Sosial Müdafiə Fondu arasında imzalanmış əməkdaşlıq memorandumu çərçivəsində baş tutub. Sənəd korporativ sosial məsuliyyət layihələrinin həyata keçirilməsinə yönəlib və 44 günlük Vətən müharibəsi veteranlarının və şəhidlərinin övladlarını dəstəkləyən çoxsaylı birgə təşəbbüslər üçün əsas olub.






















