iPhone 17 və iPhone 17 Pro Max - Kontakt.az-da: seçim meyarları - dizayn, kameralar, batareya ömrü | 1news.az | Xəbərlər
Cəmiyyət

iPhone 17 və iPhone 17 Pro Max - Kontakt.az-da: seçim meyarları - dizayn, kameralar, batareya ömrü

20:07 - Bu gün
iPhone 17 və iPhone 17 Pro Max - Kontakt.az-da: seçim meyarları - dizayn, kameralar, batareya ömrü

Yeni smartfon seçmək həmişə həyəcanverici, eyni zamanda çətin bir qərardır. Xüsusilə də, əgər qarşında apple iphone 17 Pro max və 17 iphone kimi iki yeni model varsa, seçim etmək dahada çətinləşir. Hər iki smartfon kontakt.az saytında rəsmi olaraq satışdadır və sərfəli şərtlərlə təqdim olunur.

Hansı modelin sənə daha uyğun olduğunu bilmək üçün, dizayn, kamera, batareya ömrü və digər vacib xüsusiyyətləri müqayisə edəcəyik. Gəl, sənin bu seçiminə aydınlıq gətirək!

iPhone 17 və iPhone 17 Pro Max icmalı: əsas fərqlər

Yeni flagman modelləri 2025-ci il nəslinə aid olsa da, fərqli istifadəçi qruplarına və ehtiyaclarına cavab vermək üçün hazırlanmışdır.

17 iphone universal həll və sərfəli qiymətə model axtaranlar üçün nəzərdə tutulub. iPhone 17 Pro Max isə ən yüksək performans, peşəkar kamera və oyunlarda maksimum performans istəyənlər üçün idealdır.

Dizayn və materiallar: yeni modellərdə nə dəyişib?

Yeni iphone 17 tamamilə müasir bir incəsənət əsəri kimidir. Titan çərçivə və mat arxa panel onun həm premium hissini, həm də dayanıqlılığını artırır. Hər hansı bir zərbə və cızıqlara qarşı daha güclüdür. Rənglər isə artıq yalnız seçim deyil, özünü ifadəetmə üsuludur: Midnight Black, Alpine Blue, Silver və Rose Titanium.

Apple-ın iPhone 17 Pro Max modeli premium dizaynda təqdim olunub. Titan çərçivə, mat şüşə arxa panel və incə dizayn bu modeli həm güclü, həm də zərif edir. Bu model daha böyük ekrana və daha incə çərçivəyə sahibdir, bu da ona əlavə rahatlıq və gözəl görünüş verir. Rəng palitrası da olduqca fərqlidir: Deep Graphite, Silver Pearl, Desert Titanium və Alpine Blue.

Modellərin ölçüləri və ergonomikası

● Sadə iPhone 17 yığcam modeldir. O, 6.3 düym ekran ölçüsünə malikdir. Ergonomik dizaynı gündəlik istifadədə çox rahatdır.

● iPhone 17 Pro Max daha böyükdür. Onun 6.7 düym ekran ölçüsü var. Video, oyun və iş üçün əladır, lakin bir əllə istifadəsi çətin ola bilər.

Ekran və görüntü keyfiyyəti: parlaqlıq, yenilənmə tezliyi, qorunma

Smartfonun ekranı cihazın əsas görüntü mənbəyidir və bu sahədə Pro versiya həmişə daha üstün olur. Gəl ətraflı xüsusiyyətlərinə nəzər salaq.

Ekranın parlaqlığı və HDR rejimində iş

● iPhone 17 yeni Super Retina XDR OLED ekran və 120 Hz ProMotion texnologiyasına malikdir. Ceramic Shield Glass - keramika kristallarından hazırlanmış şüşədir və ekranın zərbəyə davamlılığını artırır. 2500 nit ekran parlaqlığı və Dolby Vision texnologiyası ilə istənilən işıqda görüntü mükəmməl qalır.

● iPhone 17 Pro Max Super Retina XDR OLED ekran ilə təchiz olunub. OLED LTPO ProMotion texnologiyası sayəsində 120Hz-ə qədər adaptiv yenilənmə tezliyini dəstəkləyir. Bu, interfeysin sürətini, oyunlarda performansı və ümumi görüntü axıcılığını maksimuma çatdırır. Cihaz 3000 nit maksimal parlaqlıq səviyyəsinə malikdir və bu səbəbdən HDR videolar daha təsirli görünür. Kölgələr dərin, işıqlar isə gözqamaşdırıcı olur. Ekran Ceramic Shield qoruyucu təbəqə ilə örtülüdür, zərbələrə və cızıqlara qarşı davamlıdır.

iPhone 17 və iPhone 17 Pro Max kameraları: foto imkanları nə ilə fərqlənir?

Gəldik ən maraqlı hissəyə. Smartfon alarkən ən çox diqqətçəkən xüsusiyyətlərdən biri şübhəsiz kameradır. Bu, yalnız foto və video çəkilişi ilə bağlı deyil, həm də gündəlik həyatımızın bir hissəsinə çevrilən bir funksiyadır. 17 iphone və apple iphone 17 pro max kameraları, mobil fotoqrafiya dünyasında yenilik edib.

Əsas kamera və gecə çəkilişi

● Həm iPhone 17, həm də iPhone 17 Pro Max 48 MP əsas kameraya malikdir. Bu, o deməkdir ki, çəkdiyiniz hər detal çox aydın və canlı görünəcək.

● Hər ikisində 12 MP ultra-geniş obyektiv var. Bu, böyük mənzərələri və qrup fotolarını çəkmək üçün ideal seçimdir.

● Yeni Smart HDR 6 texnologiyası sizin əvəzinizə düşünür və istənilən işıq şəraitində (parlaqlıq az olanda belə) şəkilləri balanslaşdırır. Nəticədə rənglər həmişə təbii görünür.

● Hər iki telefonda 8K Cinematic video rejimi var. Bu o deməkdir ki, çəkdiyiniz videolara kino keyfiyyəti qatmış olursunuz..

● Yenilənmiş Night Mode, Smart HDR 6 və süni intellekt əsaslı foto optimizasiya sistemi ilə smartfon, gecə çəkilişlərində belə yüksək keyfiyyətli görüntülər təqdim edir. İşığın az olduğu şəraitlərdə belə, şəkilləriniz canlı, aydın və detallıdır.

● TrueDepth 14 MP ön kamera daha sürətli işləyir və Face ID tanıma sistemini daha güclü və təhlükəsiz edir.

● Son olaraq, iphone 17 kamera sensor əsaslı optik görüntü stabilizasiyası ilə təchiz olunub. iPhone 17 Pro Max video çəkilişdə daha yüksək keyfiyyətli, ProRes formatlarını və daha dərin stabilizasiya səviyyəsini dəstəkləyir.

Pro Max-də telefoto modul və optik zoom

● iPhone 17 Pro Max-ın telefoto modulu və 10x optik zoom xüsusiyyəti mobil fotoqrafiyanı yeni bir səviyyəyə qaldırır. Digər flagmanan əsas fərqləndirən xüsusiyyət məhz budur: siz asanlıqla uzaq obyektləri detalları itirmədən çəkə bilərsiniz. Sinematik rejim ilə birləşdirildikdə zoom edərkən belə çəkilişlər daha sərbəst və axıcı olur.

Performans və A19 prosessoru: oyun, iş və multimedia üçün

Hər iki iPhone 17 flaqmanı A19 Bionic prosessoru ilə təchiz edilir. Bu prosessor yüksək sürət, IT alqoritmlərinə dəstək və oyunlarda axıcı performans təmin edir.

Oyunlarda və ağır tapşırıqlarda performans:

● iPhone 17-nin A19 Bionic çipi 3 nm texnologiyası ilə təchiz olunub, lakin RAM tutumu bir qədər digər modeldən daha azdır. Smartfon oyunlar, montaj, çoxlu tətbiqlərlə işləmək və gündəlik tapşırıqları yerinə yetirmək üçün uyğundur. Neural Engine sayəsində süni intellekt funksiyaları real vaxtda idarə edilir və şəkil tanıma, səsli əmrlər və avtomatik tərcümə kimi funksiyalar göz qırpımında baş verir.

● iPhone 17 Pro Max-ın da A19 Bionic çipi 3 nm texnologiyası ilə istehsal olunub və RAM tutumu 12 GB-a qədər artırılıb. Bu, onu gaming və video 8K kimi ağır tapşırıqlar üçün ideal edir. Performans testlərində, bu model problemsiz şəkildə hər bir prosesi yerinə yetirir, yüksək intensivlikli oyunları və video montajını asanlıqla idarə edir. 17 iPhone Pro Max əvvəlki nəsildən 30% daha güclüdür və enerji səmərəliliyi 20% artıb.

Avtonomluq və şarj: hansı iPhone daha uzun müddət gedir?

Yeni 17 iphone modelləri ilə batareya narahatlığı demək olar ki, yox olur. Hər iki telefon Apple-ın son texnologiyasına sahibdir və gündəlik istifadədə enerjinin uzun müddət davam etməsini təmin edir.

MagSafe, sürətli şarj və enerji səmərəliliyi

Apple-ın iphone 17 pro max xüsusiyyətləri arasında ən çox diqqətçəkən cəhətlərdən biri, şübhəsiz ki, batareya ömrüdür.

● Yeni enerji idarəetmə sistemi sayəsində siz indi 26 saata qədər video izləməyə imkan əldə edirsiniz.

● Sürətli doldurma texnologiyası ilə telefonun enerjisi bitibsə, qorxmayın. Cəmi 30 dəqiqədə 60% enerji yığılır.

MagSafe və wireless charging (simsiz şarj) funksiyaları da daha səmərəli işləyir. İndi şarj adapterini axtarmağa ehtiyac yoxdur.

● Apple istilik idarəetməsini də optimallaşdırıb. Bu o deməkdir ki, uzunmüddətli oyun və gaming zamanı belə, cihazınız əlinizdə qızmayacaq.

Sadə iPhone 17 modeli də batareya məsələsində qətiyyən geri qalmır.

● Bu modeldə batareyası indi 20 saata qədər video izləməyə imkan verir.

● Sürətli enerji doldurma sistemi var. 30 dəqiqədə 60% şarj yığılır.

● MagSafe 3.0 ilə naqilsiz doldurma isə əvvəlkindən daha stabil və sürətli işləyir. USB-C portu artıq standartdır.

Qiymət və yaddaş: hansı həcm sənə daha uyğundur?

iPhone alanda ən vacib suallardan biri budur: qiymət nədir və mənə nə qədər yaddaş lazımdır? Gəl, Azerbaijan üzrə qiymətləri və yaddaş variantlarını gözdən keçirək.

128 GB artıq standart deyil, yaddaş daha çox 256 GB-dan başlayır.

● 256 GB: Bu, əksər istifadəçilər üçün ideal başlanğıcdır. Əgər siz videofotoları çox saxlamırsınızsa, bu yaddaş həcmi sizə yetərlidir.

iphone 17 qiyməti (256 GB) təxminən 2,599 AZN-dən başlayır.

iphone 17 pro max qiyməti (256 GB) isə 3,499, AZN civarındadır.

● 512 GB: Əgər siz çoxlu 4K video çəkirsinizsə və böyük foto arxiviniz varsa, sizə 512 GB uyğun olacaq.

iphone 17 qiyməti (512 GB) təxminən 2,919-3,249 AZN aralığındadır.

iphone 17 pro max qiyməti (512 GB) üçün qiymət 4600–4900 AZN arasında dəyişir.

● 1 TB: Bu yaddaş isə tamamilə peşəkarlar üçündür. 8K video çəkilişləri və ya böyük yaddaş tələb edən proqramlar istifadə edirsinizsə, 1 TB sizin üçün "limit yoxdur" deməkdir.

iphone 17 pro max qiyməti (1 TB) isə 4,579-4,999 AZN civarındadır.

Kontakt.az-da çatdırılma, ödəniş və zəmanət şərtləri

17 iphone və ya apple iphone 17 pro max almaq istəyirsinizsə, kontakt.az-da həm tam ödəniş, həm də hissə-hissə ödəniş şərtlərindən yararlana bilərsiniz. Bu, alış-verişi daha rahat və sərfəli edir.

● Burada orijinal məhsullar rəsmi zəmanətlə təklif olunur. Baku və Azerbaijan üzrə sürətli çatdırılma imkanları da mövcuddur.

● Kontakt.az həmçinin Apple ekosistemi üçün orijinal aksesuarları da təqdim edir. Smrtfonunuzu alanda, onun qoruyucularını və əlavə avadanlıqlarını da bir yerdən əldə edə bilərsiniz.

Nəticə: iPhone 17 və ya iPhone 17 Pro Max

iPhone 17 dizayn, performans və təhlükəsizlik baxımından 2025-ci ilin ən iddialı smartfonudur. Bu model rəsmi çıxış tarixindən sonra çox böyük maraq doğurub.

A19 prosessor, 5G bağlantısı və MagSafe ilə enerji sərfiyyatının balansı əladır.

● 8K kamera sistemi ilə keyfiyyətli video və foto çəkmək asandır.

● Bu model həm iş, həm yaradıcılıq, həm də gündəlik istifadə üçün ideal seçimdir.

Yeni apple iphone 17 pro max isə - sadəcə bir cihaz deyil, bu, Apple-ın innovasiya gücünün sübutudur.

● Təkmilləşdirilmiş dizayn, daha yüksək performans, güclü kamera sistemi və daha uzun batareya ömrü ilə bu model 2025-ci ilin “flagship” lideridir.

● Foto və video çəkilişində maksimum keyfiyyət istəyirsənsə - iphone 17 pro max almaq üçün ən doğru seçimdir.

Reklam hüququnda

Paylaş:
87

Son xəbərlər

Bütün xəbərlər