Küləkli hava şəraiti ilə bağlı sarı XƏBƏRDARLIQ | 1news.az | Xəbərlər
Cəmiyyət

Küləkli hava şəraiti ilə bağlı sarı XƏBƏRDARLIQ

14:55 - Bu gün
Küləkli hava şəraiti ilə bağlı sarı XƏBƏRDARLIQ

Dekabrın 28-29-da Bakıda və Abşeron yarımadasında, eyni zamanda bəzi rayonlarda gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verib.

1news.az bu barədə Milli Hidrometeorologiya Xidmətinə istinadən xəbər verir.

Bildirilir ki, Bakıda və Abşeron yarımadasında, Naxçıvan MR, Xızı, Xaçmaz, Qusar, Şabran, Siyəzən, Daşkəsən, Gəncə, Goranboy, Tovuz, Şəmkir, Naftalan, Mingəçevir, Tərtər, Bərdə, Yevlax, Zərdab, Neftçala, Qobustanda qərb küləyi əsəcək, küləyin sürəti 13.9-20.7 m/san təşkil edəcək.

Paylaş:
78

Son xəbərlər

Bütün xəbərlər