Lerikdə mikroavtobusun dərəyə aşması nəticəsində xəsarət alanların son durumu açıqlanıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Lerikdə mikroavtobusun dərəyə aşması nəticəsində xəsarət alanların son durumu açıqlanıb

14:27 - Bu gün
Lerikdə mikroavtobusun dərəyə aşması nəticəsində xəsarət alanların son durumu açıqlanıb

Lerikdə mikroavtobusun dərəyə aşması nəticəsində xəsarət alanların son durumu açıqlanıb.

1news.az "Report"a istinadən xəbər verir ki, TƏBİB-dən verilən məlumata görə, bu gün saat 10:15 radələrində Lerik rayonu ərazisində baş verən yol-nəqliyyat hadisəsi səbəbilə xəsarət alan 7 nəfər (1-i qadın, 6-sı kişi) olmaqla Lənkəran Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.

Qeyd olunub ki, yaralılara bədənin müxtəlif nahiyələrinin çoxsaylı travması diaqnozları təyin olunub.

Hazırda pasiyentlərin müalicəsi Təcili tibbi yardım şöbəsində davam etdirilir, vəziyyətləri stabil olaraq qiymətləndirilir.

Paylaş:
77

Son xəbərlər

Bütün xəbərlər