Göyçayda ağır yol-nəqliyyat hadisəsi baş verib, xəsarət alanlar var
Göyçayda ağır yol-nəqliyyat hadisəsi baş verib, 5 nəfər xəsarət alıb.
1news.az "Report"a istinadən xəbər verir ki, hadisə rayonun Mırtı kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
Belə ki, "Mercedes" və "VAZ 2106" markalı avtomobillərin toqquşması nəticəsində ikisi azyaşlı olmaqla 5 nəfər müxtəlif dərəcəli ağır bədən xəsarətləri alıb.
Yarlılar dərhal təcili tibbi yardım maşınının köməyi ilə Göyçay rayon mərkəzi xəstəxanasına aparılıb və həkim nəzarətinə götürülüb. Hadisə yerinə rayonun hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.
Hazırda hadisənin baş vermə səbəbləri araşdırılır.
73












