2026-cı ilin ilk körpəsi dünyaya gəlib | 1news.az | Xəbərlər
Cəmiyyət

2026-cı ilin ilk körpəsi dünyaya gəlib

09:57 - Bu gün
2026-cı ilin ilk körpəsi dünyaya gəlib

2026-cı ildə Azərbaycanda ilk uşaq Naxçıvanda dünyaya gəlib.

1news.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, dekabrın 31-dən yanvarın 1-nə keçən gecə saat 00:01-də Gülməmmədovlar ailəsində oğlan uşağı doğulub.

2,6 kiloqram çəkisi olan körpə keysəriyyə əməliyyatı ilə dünyaya gəlib və tam sağlamdır. Yeni ilin ilk dəqiqəsində dünyaya göz açan körpənin valideynləri uşağa Rəsul adı verəcəklərini deyiblər.

Paylaş:
87

Son xəbərlər

Bütün xəbərlər