Nikolas Maduroya qarşı irəli sürülən ittihamlar bəli olub
Venesuela Prezidenti Nikolas Maduroya qarşı ABŞ-da narkoterrorizm, kokain idxalı və qanunsuz silah saxlanması ilə bağlı ittihamlar irəli sürülüb.
1news.az xəbər verir ki, bu barədə ABŞ-ın Baş prokuroru Pamela Bondi “X” sosial şəbəkəsində paylaşım edib. Bildirilib ki, Nikolas Maduro və onun həyat yoldaşı Siliya Flores Nyu-York ştatının Cənub dairəsində ittiham olunurlar. Baş prokuror vurğulayıb ki, yaxın vaxtlarda onlar ABŞ hüquq-mühafizə orqanları və məhkəmələri qarşısında cavab verəcəklər.
133












