Sabunçuda maşın sərxoş kişini vuraraq öldürüb | 1news.az | Xəbərlər
Cəmiyyət

Sabunçuda maşın sərxoş kişini vuraraq öldürüb

13:10 - 07 / 01 / 2026
Sabunçuda maşın sərxoş kişini vuraraq öldürüb

Sabunçu rayonunda maşın sərxoş kişini vurub.

1news.az-ın Trend-ə istinadən məlumatına görə, hadisə Kürdəxanı qəsəbəsində baş verib.

Belə ki, 1987-ci il təvəllüdlü Toğrul Süleymanov idarə etdiyi “Mercedes Vito” markalı avtomobillə hərəkətdə olarkən Məhəmmədli dairəsi yaxınlığında sərxoş vəziyyətdə asfalta uzanan 2003-cü il təvəllüdlü Kənan Əmirovu vurub.

O, xəstəxanada həyatını itirib.

Faktla bağlı cinayət işi başlanılıb.

Paylaş:
353

Son xəbərlər

Bütün xəbərlər