Xırdalanda faciəvi hadisə baş verib | 1news.az | Xəbərlər
Cəmiyyət

Xırdalanda faciəvi hadisə baş verib

16:42 - 07 / 01 / 2026
Xırdalanda faciəvi hadisə baş verib

Abşeron rayonu Xırdalan şəhərində faciəvi hadisə baş verib.

1news.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, dünən saat 12 radələrində şəhərin Rəsulzadə küçəsi bina 6-da qadın 12-ci mərtəbədən yıxılıb. O, hadisə yerində həlak olub.

Ölən şəxsin həmin binada yaşayan Masallı rayon sakini 1986-cı il təvəllüdlü Könül Əlibəyli olduğu müəyyənləşib.

Faktla bağlı araşdırma aparılır.

Paylaş:
348

Son xəbərlər

Bütün xəbərlər