Azərbaycan neftinin qiyməti yenidən 65 dolları keçib | 1news.az | Xəbərlər
İqtisadiyyat

Azərbaycan neftinin qiyməti yenidən 65 dolları keçib

09:57 - 09 / 01 / 2026
Azərbaycan neftinin qiyməti yenidən 65 dolları keçib

Dünya bazarlarında "Azeri Light" (CIF) markalı Azərbaycan nefti bahalaşıb.

1news.az APA-ya istinadən xəbər verir ki, Azərbaycan neftinin 1 barelə olan qiyməti 1,04 ABŞ dolları və ya 1,61% artaraq 65,64 ABŞ dollarına bərabər olub.

Qeyd edək ki, Azərbaycan neftinin əvvəlki qiyməti 64,6 ABŞ dolları təşkil edib.

Xatırladaq ki, Azərbaycanın builki dövlət büdcəsində “Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin orta qiyməti 65 ABŞ dollarından hesablanıb.

Paylaş:
340

Son xəbərlər

Bütün xəbərlər