Bakıda “BYD” yandı - VİDEO
Yanvarın 9-da axşam saatlarında Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə paytaxtın Nərimanov rayonu, Ziya Bunyadov prospektində avtomobildə yanğın baş verməsi barədə məlumat daxil olub.
1news.az xəbər verir Bu barədə FHN-in mətbuat xidməti məlumat yayıb.
Məlumat daxil olduqdan dərhal sonra əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.
Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində "BYD" markalı minik avtomobilində baş verən yanğın qısa müddətdə söndürülüb.
Yanğın nəticəsində avtomobilin salon hissəsi yanıb, digər hissələri isə mühafizə olunub.
Hadisə zamanı xəsarət alan olmayıb.
Həmçinin oxuyun:
Li Auto üçün həqiqət anı: yanan elektromobil, zərərlər və strateji qeyri-müəyyənlik - FOTO - VİDEO
Elektrik avtomobillərinin yanması haqqında həqiqət - qorxu, statistika və reallıq – FOTO - VİDEO












