Gəncədə tələbə dərs vaxtı öldü | 1news.az | Xəbərlər
Cəmiyyət

Gəncədə tələbə dərs vaxtı öldü

12:10 - Bu gün
Gəncədə tələbə dərs vaxtı öldü

Gəncədə tələbə dərs vaxtı qəfil vəfat edib.

1news.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, hadisə Gəncə şəhərində yerləşən Sənaye və Texnologiyalar üzrə Gəncə Dövlət Peşə Təhsil Mərkəzində qeydə alınıb.

Birinci kurs tələbəsi 2008-ci il təvəllüdlü Röyal Bayramovun səhhəti dərs vaxtı anidən pisləşib. Hadisə yerinə təcili yardım maşını çağırılsa da, onun öldüyü məlum olub.

İlkin məlumata görə, tələbə ürəktutmadan həyatını itirib.

Faktla bağlı Gəncə Şəhər Prokurorluğunda araşdırma başlanılıb.

Paylaş:
71

Son xəbərlər

Bütün xəbərlər