Tramp Rza Pəhləvi haqda: Bir çox məsələləri araşdırırıq | 1news.az | Xəbərlər
Dünya

Tramp Rza Pəhləvi haqda: Bir çox məsələləri araşdırırıq

Qafar Ağayev10:41 - Bu gün
Tramp Rza Pəhləvi haqda: Bir çox məsələləri araşdırırıq

“Rza Pəhləvi çox yaxşı insan təsiri bağışlayır, amma öz ölkəsində necə qəbul olunacağını bilmirəm”

1news.az xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp "Reuters"ə müsahibəsində deyib.

"Biz hələ bu mərhələdə deyilik, bir çox məsələləri araşdırırıq. Amma bu, çox erkəndir – danışmaq üçün tezdir. Onun ölkəsi ilə münasibətlərinin necə olduğunu bilmirəm”.

“Onun ölkəsinin liderliyini qəbul edib-etməyəcəyini bilmirəm və əgər qəbul etsəydilər, bu, mənim üçün problem olmazdı”, – Tramp bildirib və əlavə edib ki, Pəhləvi ilə heç vaxt danışmayıb.

Paylaş:
103

Son xəbərlər

Bütün xəbərlər