Pakistanın müdafiə naziri: Əfqanıstanla açıq müharibə vəziyyətindəyik | 1news.az | Xəbərlər
Dünya

Pakistanın müdafiə naziri: Əfqanıstanla açıq müharibə vəziyyətindəyik

Qafar Ağayev08:55 - Bu gün
Pakistanın müdafiə naziri: Əfqanıstanla açıq müharibə vəziyyətindəyik

Pakistan Əfqanıstanla münasibətlərdə açıq müharibə mərhələsinə keçdiyini bəyan edib.

1news.az "Reuters"ə istinadən xəbər verir ki, bunu Pakistanın müdafiə naziri Xavaca Məhəmməd Asif bildirib.

Onun sözlərinə görə, gecə saatlarında gərginliyin kəskinləşməsi və hər iki tərəfin ağır itkilər barədə məlumat yayması fonunda İslamabadın səbr limiti tükənib.

“Bizim səbr kasamız dolub. Artıq aramızda açıq müharibə gedir”, – deyə nazir vurğulayıb.

Paylaş:
80

Son xəbərlər

Bütün xəbərlər