Putin və Netanyahu arasında telefon danışığı: İran müzakirə olundu
Rusiya Prezidenti Vladimir Putinlə İsrailin Baş naziri Benyamin Netanyahu arasında telefon danışığı olub.
1news.az xəbər verir ki, telefon danışığı zamanı İran ətrafında yaranmış son vəziyyət müzakirə edilib.
Rusiyanın xəbər agentliyi TASS-ın məlumatına görə, Putin Netanyahuya İranla bağlı vasitəçilik məsələsində rusiya tərəfinin yardım göstərməyə hazır olduğunu bildirib.
İranda rejim əleyhinə etirazların fonunda regionda artan gərginliyin diplomatik kanallar vasitəsilə azalmağa başladığı qeyd olunur.
The Washington Post qəzetinin yazdığına görə, İran və İsrail Rusiya vasitəçiliyi ilə bir-birinə qarşı hücum etməyəcəkləri barədə mesajlar ötürüblər. Bildirilib ki, israilli rəsmilər rusiya vasitəsilə İsrailin İrana qarşı ilk hücumu həyata keçirən tərəf olmayacağını çatdırıblar.
Məlumata əsasən, Tehran da buna cavab olaraq Rusiya vasitəsilə ilk hücumu həyata keçirən tərəfin İran olmayacağını bildirib.












