Yanvarın ilk 15 günündə Elm və Təhsil Nazirliyinə 18 mindən çox müraciət daxil olub | 1news.az | Xəbərlər
Cəmiyyət

Yanvarın ilk 15 günündə Elm və Təhsil Nazirliyinə 18 mindən çox müraciət daxil olub

Qafar Ağayev17:03 - Bu gün
Yanvarın ilk 15 günündə Elm və Təhsil Nazirliyinə 18 mindən çox müraciət daxil olub

Yanvarın 1-dən 15-dək Elm və Təhsil Nazirliyinə, eləcə də qurumlarına 18 min 170 vətəndaş müraciəti daxil olub.

Bu barədə 1news.az-a nazirlikdən məlumat verilib. Bildirilib ki, müraciətlərin 675-i elektron, 875-i yazılı qaydada, 2 min 128-i sosial media, 12 min 455-i isə çağrı mərkəzləri vasitəsilə yönləndirilib. Həmçinin vətəndaş qəbulu zamanı 2 min 37 müraciət qeydə alınıb.

Müraciətlər eksternat imtahanı, “Rəqəmsal məktəb”, şagird yerdəyişməsi və digər məsələlərlə bağlı olub.

Paylaş:
86

Son xəbərlər

Bütün xəbərlər