Medianın İnkişafı Agentliyinin nümayəndələri Şəhidlər xiyabanını ziyarət ediblər
Medianın İnkişafı Agentliyinin (MEDİA) nümayəndələri 20 Yanvar - Ümumxalq Hüzn Günü ilə əlaqədar Şəhidlər xiyabanını ziyarət ediblər.
MEDİA-dan 1news.az-a bildirilib ki, Agentliyin rəhbərliyi və kollektivi ölkəmizin müstəqilliyi uğrunda canlarını fəda etmiş şəhidlərimizin məzarları üzərinə tər qərənfillər düzüb, onların əziz xatirəsini dərin ehtiramla yad edib.


80











