20 Yanvar şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad olunub | 1news.az | Xəbərlər
Cəmiyyət

20 Yanvar şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad olunub

12:00 - Bu gün
20 Yanvar şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad olunub

Yanvarın 20-də Bakı vaxtı ilə saat 12:00-da Azərbaycanın bütün ərazisində 20 Yanvar şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

1news.az xəbər verir ki, nəqliyyatın hərəkəti dayandırılıb, gəmilərdən, avtomobillərdən siqnallar verilib.

Qeyd edək ki, 20 Yanvar faciəsinin 36-cı ildönümü ilə əlaqədar respublikanın şəhər və rayonlarında şəhidlərin xatirəsi anılır, 20 Yanvar hadisələri ilə bağlı anım mərasimləri keçirilir.

Yanvarın 20-də səhər saatlarından başlayaraq Şəhidlər xiyabanını ziyarət edən insanlar qəhrəman Vətən övladlarının xatirəsini ehtiramla anır, məzarları üzərinə tər çiçəklər düzürlər.

Paylaş:
136

Son xəbərlər

Bütün xəbərlər