FHN-in əməkdaşı Akonkaqua zirvəsini fəth edib - FOTO
Fövqəladə Hallar Nazirliyi Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasedicisi Sima Səfərova Azərbaycan Alpinizm Federasiyasının təşəbbüsü ilə yanvarın 19-da Cənubi Amerikanın ən yüksək zirvəsi olan Akonkaquaya (6962 m) texniki dırmanış edib.
Bu barədə 1news.az-a FHN-dən xəbər verilib.
Bildirilib ki, qarşıya qoyulan hədəfə uğurla çatan S.Səfərova Azərbaycan Respublikasının Dövlət Bayrağı ilə bərabər Fövqəladə Hallar Nazirliyinin rəmzi olan bayrağı da Akonkaqua zirvəsində dalğalandırıb.
70












