Bakı Bulvarında 80 mindən çox dağlaləsi əkiləcək - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakı Bulvarında 80 mindən çox dağlaləsi əkiləcək - FOTO

Qafar Ağayev13:40 - Bu gün
Bakı Bulvarında 80 mindən çox dağlaləsi əkiləcək - FOTO

Dənizkənarı Milli Parkın bağbanları yaz mövsümünə hazırlaşırlar.

1news.az xəbər verir ki, bu barədə Dənizkənarı Bulvar İdarəsi məlumat yayıb.

Bildirilir ki, bu il Bulvar ərazisində 8 çalarda ümumilikdə 80 mindən çox dağlaləsinin əkilməsi planlaşdırılıb. Çiçəklər mart ayından etibarən açacaq.

Dağlaləsi sərt iqlim şəraitinə davamlı və parlaq rəngləri ilə seçilən nadir bitkilərdəndir.

Paylaş:
74

Son xəbərlər

Bütün xəbərlər