“Qarpız” yükündə gizlədilən xüsusilə külli miqdarda narkotik vasitə - marixuana aşkar edildi | 1news.az | Xəbərlər
Cəmiyyət

“Qarpız” yükündə gizlədilən xüsusilə külli miqdarda narkotik vasitə - marixuana aşkar edildi

Qafar Ağayev16:21 - Bu gün
“Qarpız” yükündə gizlədilən xüsusilə külli miqdarda narkotik vasitə - marixuana aşkar edildi

Astara Gömrük İdarəsinin əməkdaşlarının həyata keçirdiyi tədbirlər nəticəsində xüsusilə külli miqdarda narkotik vasitə aşkar edilərək qanunsuz dövriyyədən çıxarılıb.

1news.az xəbər verir ki, narkotik vasitə “Cənub-Astara” gömrük postunda ölkə ərazisindən tranzit keçməklə İrandan Rusiyaya “təzə qarpız” yükü aparan nəqliyyat vasitəsində aşkarlanıb.

Stasionar rentgen qurğusunda aparılan baxış zamanı şübhəli cizgilər müşahidə edildiyindən yük avtomobilinə kinoloji xidmət itinin tətbiqi ilə əsaslı gömrük yoxlaması həyata keçirilib.

Yoxlama zamanı nəqliyyat vasitəsinin qoşqusunda yerləşdirilən 92 ədəd paletdə gömrük nəzarətindən gizlədilən, qablaşdırılmaları ilə birlikdə ümumi çəkisi 61 kiloqram olan xüsusilə külli miqdarda narkotik vasitə - marixuana aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

Paylaş:
81

Son xəbərlər

Bütün xəbərlər