Bakının Nərimanov rayonunun bəzi ərazilərində su kəsilib | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakının Nərimanov rayonunun bəzi ərazilərində su kəsilib

14:48 - Bu gün
Bakının Nərimanov rayonunun bəzi ərazilərində su kəsilib

Nərimanov rayonu Ağa Nemətulla küçəsində magistral xəttin siyirtməsində yaranan nasazlıq səbəbindən rayonun bəzi ərazilərinin su təminatında müvvəqqəti fasilə yaranıb.

1news.az xəbər verir ki, bu barədə İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti məlumat yayıb.

Bildirilib ki, bu gün saat 12:00-dan işlərə başlanılıb, suyun verilməsində yaranan müvvəqqəti fasilə gün ərzində aradan qaldırılacaq.

Paylaş:
76

Son xəbərlər

Bütün xəbərlər