ADY Bakı-Ağstafa-Bakı istiqamətində əlavə qatar reysləri təyin etdi | 1news.az | Xəbərlər
Cəmiyyət

ADY Bakı-Ağstafa-Bakı istiqamətində əlavə qatar reysləri təyin etdi

Qafar Ağayev15:09 - Bu gün
ADY Bakı-Ağstafa-Bakı istiqamətində əlavə qatar reysləri təyin etdi

ADY artan sərnişin tələbatını təmin etmək məqsədilə 15 fevral tarixində Bakı-Ağstafa-Bakı istiqamətində əlavə qatar reysləri təyin edir.

Qurumdan 1news.az-a verilən məlumata görə, sözügedən reyslərə biletləri 10 faiz endirimlə dəmiryol kassalarından, ADY-nin rəsmi saytından və ya “ADY Mobile” tətbiqindən əldə edə bilərsiniz.

Qeyd edək ki, bu istiqamətlər üzrə Bakı–Qazax–Bakı marşrutu ilə də gündəlik səfərlər təşkil olunur.

Paylaş:
63

Son xəbərlər

Bütün xəbərlər