Orxan Nəzərliyə ali xüsusi rütbə verildi - Sərəncam
Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin əməkdaşlarına ali xüsusi rütbələrin verilməsi haqqında Sərəncam imzalayıb.
1news.az-ın xəbərinə görə, rütbə verilən şəxslərin arasında Dövlət Vergi Xidmətinin rəisi Orxan Nəzərli də var.
Belə ki, Sərəncamla Orxan Faiq oğlu Nəzərliyə “2-ci dərəcəli dövlət vergi xidməti müşaviri” ali xüsusi rütbəsi verilib.
76












