Cəlilabadda I Qarabağ müharibəsinin itkin-şəhidi Mahir Quliyev dəfn edilib - YENİLƏNİB | 1news.az | Xəbərlər
Cəmiyyət

Cəlilabadda I Qarabağ müharibəsinin itkin-şəhidi Mahir Quliyev dəfn edilib - YENİLƏNİB

14:38 - Bu gün
Cəlilabadda I Qarabağ müharibəsinin itkin-şəhidi Mahir Quliyev dəfn edilib - YENİLƏNİB

Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab edilən Mahir Quliyev dəfn edilib.

1news.az "Report"a istinadən xəbər verir ki, şəhidlə keçirilən vida mərasimindən sonra onun nəşi rayonun Cəlilabad şəhər qəbiristanlığında torpağa tapşırılıb.

13:15

Cəlilabad şəhərində Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab edilən Mahir Abuzər oğlu Quliyevlə vida mərasimi keçirilib.

1news.az "Report"a istinadən xəbər verir ki, vida mərasimində şəhidin doğmaları, Cəlilabad rayonunun rəsmi şəxsləri, hüquq-mühafizə orqanlarının əməkdaşları, hərbçilər və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Qeyd edək ki, Mahir Abuzər oğlu Quliyev 1958-ci il oktyabrın 31-də Cəlilabad şəhərində anadan olub. 1992-ci il iyunun 15-də Ağdərə rayonunun Sırxavənd kəndi istiqamətində gedən döyüşlər zamanı itkin düşüb.

M.Quliyev Cəlilabad şəhər qəbiristanlığında dəfn ediləcək.

Paylaş:
95

Son xəbərlər

Bütün xəbərlər