Bakı metrosu martda 18 milyondan çox sərnişinə xidmət göstərib | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakı metrosu martda 18 milyondan çox sərnişinə xidmət göstərib

11:10 - Bu gün
Bakı metrosu martda 18 milyondan çox sərnişinə xidmət göstərib

Bu ilin mart ayında "Bakı Metropoliteni" QSC 18 269 887 sərnişinə xidmət göstərib.

1news.az səhmdar cəmiyyətinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 1,1 % çoxdur.

Ötən ay ən çox sərnişin martın 6-da daşınıb – 796 734 nəfər.

Bayram günlərində mərkəz istiqamətində axın kəskin artıb. 21-22 mart tarixlərində "Sahil" stansiyası metronun ən işlək nöqtəsi olub və adi vaxtlardan 51 % daha çox sərnişin qəbul edib.

Metroda rəqəmsal keçid də sürətlənib. Hər 3 nəfərdən biri artıq ödənişlərini NFC ilə edir.

Paylaş:
91

Son xəbərlər

Bütün xəbərlər