Azərbaycan MN: Türkiyəyə raket hücumunu qətiyyətlə pisləyirik | 1news.az | Xəbərlər
Cəmiyyət

Azərbaycan MN: Türkiyəyə raket hücumunu qətiyyətlə pisləyirik

Qafar Ağayev16:39 - Bu gün
Azərbaycan MN: Türkiyəyə raket hücumunu qətiyyətlə pisləyirik

Türkiyə Respublikasının ərazisinə qarşı həyata keçirilmiş və Qaziantep üzərində zərərsizləşdirilmiş raket hücumunu qətiyyətlə pisləyirik.

1news.az xəbər verir ki, bu barədə Azərbaycan Müdafiə Nazirliyinin bəyanatında qeyd olunub.

Bildirilib ki, bu cür əməllər regional sülh və təhlükəsizlik üçün ciddi təhdid yaradır və qəbuledilməzdir:

"Biz qardaş Türkiyə Respublikası ilə tam həmrəyliyimizi ifadə edirik. Türkiyə hökumətinin əhalisinin və ərazisinin təhlükəsizliyinin təmin edilməsi istiqamətində səylərinə dəstək veririk. Azərbaycan Türkiyənin yanında qətiyyətlə dayanır".

Qeyd edək ki, martın 9-da Türkiyənin Milli Müdafiə Nazirliyi İrandan atılaraq Türkiyə hava sahəsinə daxil olan ballistik raketin Şərqi Aralıq dənizində yerləşən NATO hava və raket müdafiə qüvvələri tərəfindən zərərsizləşdirildiyini açıqlayıb.

Məlumata görə, raketin hissələri Qaziantepdə boş ərazilərə düşüb. Hadisə nəticəsində ölən və ya xəsarət alan olmayıb.

Milli Müdafiə Nazirliyi Türkiyə ərazisinə və hava sahəsinə yönələn təhdidlərə qarşı bütün lazımi addımların qətiyyətlə və tərəddüdsüz atılacağını bildirib.

Paylaş:
170

Son xəbərlər

Bütün xəbərlər