AZAL: 200-ə yaxın Azərbaycan vətəndaşı təhlükəsiz şəkildə ölkəyə qayıdıb | 1news.az | Xəbərlər
İqtisadiyyat

AZAL: 200-ə yaxın Azərbaycan vətəndaşı təhlükəsiz şəkildə ölkəyə qayıdıb

Qafar Ağayev13:31 - 10 / 03 / 2026
AZAL: 200-ə yaxın Azərbaycan vətəndaşı təhlükəsiz şəkildə ölkəyə qayıdıb

Yaxın Şərq regionunda baş verən hadisələrlə əlaqədar bölgədə, o cümlədən Birləşmiş Ərəb Əmirliklərində qalmış Azərbaycan vətəndaşlarının ölkəyə qayıdışı üçün Omanın Maskat şəhərindən Bakıya növbəti təxliyə reysi həyata keçirilib.

1news.az xəbər verir ki, "Azərbaycan Hava Yolları" QSC-nin (AZAL) Maskat–Bakı marşrutu üzrə hərəkət edən "Boeing 787 Dreamliner" təyyarəsi Heydər Əliyev Beynəlxalq Aeroportuna eniş edib.

Reyslə ümumilikdə 200-ə yaxın Azərbaycan vətəndaşı təhlükəsiz şəkildə ölkəyə qayıdıb.

Paylaş:
888

Son xəbərlər

Ucarda yol qəzası olub

30 / 03 / 2026, 15:29
Bütün xəbərlər