İki ay ərzində 7857 nəfərə proaktiv qaydada pensiya təyin edilib
2026-cı ilin yanvar-fevral ayları ərzində 7 857 şəxsə proaktiv qaydada yaşa, əlilliyə və ailə başçısını itirməyə görə pensiya təyinatı aparılıb.
1news.az xəbər verir ki, bu barədə Dövlət Sosial Müdafiə Fondu məlumat yayıb.
Bildirilir ki, onların 60,72%-ni kişilər, 39,28%-ni isə qadınlar təşkil edib.
Qeyd edək ki, 2025-ci ilin yanvar-dekabr ayları ərzində 39 min 500 nəfərdən çox şəxsə proaktiv qaydada yaşa, əlilliyə və ailə başçısını itirməyə görə pensiya təyinatı aparılıb. Onların 67,5 faizini kişilər, 32,5 faizini isə qadınlar təşkil edib.
76












