Yevlaxda iki yaşlı uşaq su kanalına düşərək ölüb
Yevlaxda iki yaşlı uşaq su kanalına düşərək ölüb.
1news.az "Report"a istinadən xəbər verir ki, Yevlax şəhəri C.Kərimov küçəsi ev 130-un qarşısında həmin evdə yaşayan 2024-cü il təvəllüdlü M. B yıxılaraq oradan keçən çirkab sular axan kanala düşərək boğulub.
M.Bəkirovun meyiti sudan çıxarılıb.
Araşdırmalar aparılır.
70












