Gəncədə bıçaqlanma olub, saxlanılan var
Gəncədə bıçaqlanma hadisəsi baş verib.
1news.az-ın Trend-ə istinadən məlumatına görə, hadisə dünən axşam saatlarında baş verib.
Belə ki, Gəncə sakini Elcan Əlizadə kəsici-deşici alətlə xəsarət yetirilib.
Polis əməkdaşları tərəfindən keçirilən müvafiq tədbirlər nəticəsində Elcan Əlizadəyə kəsici-deşici alətlə xəsarət yetirməkdə şübhəli bilinən 22 yaşlı Sabit Yusubov saxlanılaraq istintaqa təhvil verilib.
73












