Qazaxda evdən kişi meyiti tapılıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Qazaxda evdən kişi meyiti tapılıb

17:58 - Bu gün
Qazaxda evdən kişi meyiti tapılıb

Qazaxda evdən 65 yaşlı kişinin meyiti tapılıb.

1news.az-ın APA-ya istinadən xəbərinə görə, hadisə rayon ərazisində qeydə alınıb.

Rayon sakini 1961-ci il təvəllüdlü Q.Bayayevin yaşadığı evdən meyiti aşkarlanıb. Hadisə yerinə polis və prokurorluq orqanlarının əməkdaşları cəlb edilib.

Meyit müayinə olunmaq üçün aidiyyatı üzrə təhvil verilib.

Faktla bağlı Qazax rayon Prokurorluğunda araşdırma aparılır.

Paylaş:
78

Son xəbərlər

Bütün xəbərlər