Bəzi yerlərdə intensiv yağıntı olacaq - XƏBƏRDARLIQ | 1news.az | Xəbərlər
Cəmiyyət

Bəzi yerlərdə intensiv yağıntı olacaq - XƏBƏRDARLIQ

16:10 - Bu gün
Bəzi yerlərdə intensiv yağıntı olacaq - XƏBƏRDARLIQ

Azərbaycanın rayonlarının bəzi yerlərində martın 25-dən 30-u səhərədək hava şəraitinin fasilələrlə yağıntılı olacağı gözlənilir.

1news.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Yağıntıların ayrı-ayrı yerlərdə intensivləşəcəyi, şimşək çaxacağı, dolu düşəcəyi, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var.

Çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli sel keçəcəyi ehtimal olunur.

Paylaş:
83

Son xəbərlər

Bütün xəbərlər