Saray körpüsü yaxınlığında avtomobil avtobusla toqquşdu - FOTO
Abşeron rayonu ərazisində yol-nəqliyyat hadisəsi baş verib.
1news.az Report-a istinadən xəbər verir ki, hadisə Saray körpüsünün yaxınlığında qeydə alınıb.
"Chevrolet Cobalt" markalı minik avtomobili 522 nömrəli marşrut avtobusu ilə toqquşub.
Əraziyə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.
Hadisənin başvermə səbəbləri araşdırılır.



71












