Azərbaycanda xarici media orqanlarının fəaliyyətinə dair yeni tələb müəyyənləşib | 1news.az | Xəbərlər
Cəmiyyət

Azərbaycanda xarici media orqanlarının fəaliyyətinə dair yeni tələb müəyyənləşib

15:10 - 31 / 03 / 2026
Azərbaycanda xarici media orqanlarının fəaliyyətinə dair yeni tələb müəyyənləşib

Azərbaycanda xarici media subyektlərinin filial və nümayəndəlikləri dövlət qeydiyyatına alınması barədə üç iş günü müddətində Medianın İnkişafı Agentliyinə məlumat verməlidir.

1news.az xəbər verir ki, Baş nazir Əli Əsədov müvafiq qərar imzalayıb.

Qərara əsasən, bununla bağlı "Hüquqi şəxslərin dövlət reyestrinin aparılması, istifadəsi və mühafizəsi Qaydaları"na dəyişiklik edilib.

Paylaş:
566

Son xəbərlər

Bütün xəbərlər