Mehdiabadda məktəb qəzalı vəziyyətə düşdü - Tədris dayandırıldı | 1news.az | Xəbərlər
Cəmiyyət

Mehdiabadda məktəb qəzalı vəziyyətə düşdü - Tədris dayandırıldı

Qafar Ağayev13:36 - Bu gün
Mehdiabadda məktəb qəzalı vəziyyətə düşdü - Tədris dayandırıldı

Abşeron-Xızı Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən Mehdiabad qəsəbə 3 nömrəli tam orta ümumtəhsil məktəbinin binasında aparılan texniki baxış zamanı divarlarda çatların yarandığı müəyyən edilib.

İdarədən 1news.az-a bildirilib ki, baş verə biləcək xoşagəlməz hadisələrin qarşısının alınması, məktəb binasının təhlükəsiz istismarının təmin edilməsi məqsədilə təxirəsalınmaz tədbirlərin görülməsi barədə göstəriş verilib.

Belə ki, 1 aprel 2026-cı il tarixindən etibarən təhsil müəssisəsinin fəaliyyəti müvəqqəti olaraq dayandırılıb. Tədrisin fasiləsizliyinin təmin edilməsi məqsədilə şagirdlərin yaxınlıqda yerləşən digər ümumi təhsil müəssisələrinə yönləndirilməsi və dərs prosesinə cəlb olunması həyata keçirilir.

Hazırda Abşeron-Xızı Regional Təhsil İdarəsi tərəfindən aidiyyəti qurumlarla birgə yaranmış vəziyyətin səbəblərinin araşdırılması və zəruri təmir-bərpa işlərinin həyata keçirilməsi istiqamətində tədbirlər davam etdirilir.

Qeyd edək ki, proses nəzarətdə saxlanılır. Görülən işlər barədə ictimaiyyətə əlavə məlumat ictimaiyyətə təqdim olunacaq.

Paylaş:
89

Son xəbərlər

Bütün xəbərlər