Masallıda baba və nəvə yanğında həyatını itirib | 1news.az | Xəbərlər
Cəmiyyət

Masallıda baba və nəvə yanğında həyatını itirib

15:38 - Bu gün
Masallıda baba və nəvə yanğında həyatını itirib

Masallı rayonu Qızılağac kəndində fərdi yaşayış evində baş verən yanğın nəticəsində baba və nəvə həyatını itirib.

1news.az xəbər verir ki, bu barədə Trend-ə Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.

Məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Masallı Rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri əraziyə cəlb olunub.

Yanğınsöndürənlərin tərəfindən bir birinə bitişik tikilən fərdi yaşayış evlərində baş vermiş yanğın söndürülüb.

Yanğın nəticəsində bir-birinə bitişik taxta konstruksiyalardan ibarət ümumi sahəsi 50kv.m. olan birmərtəbəli birotaqlı evin və ümumi sahəsi 75kv.m. olan birmərtəbəli ikiotaqlı evin yanar konstruksiyaları yanıb. Yanğın yerinin müayinəsi zamanı 1967-ci il təvəllüdlü Abdullayev Cəmallədin Həsənağa oğlunun və 2024-ci il təvəllüdlü Məmmədzadə Məhərrəm Mehman oğlunun meyiti aşkar edilib.

Yaxınlıqda yerləşən digər tikililər yanğından mühafizə olunub.

Hadisə ilə əlaqədar aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır.

Paylaş:
68

Son xəbərlər

Bütün xəbərlər