Aprelin ilk ongünlüyündə hava şəraiti necə olacaq? - PROQNOZ | 1news.az | Xəbərlər
Cəmiyyət

Aprelin ilk ongünlüyündə hava şəraiti necə olacaq? - PROQNOZ

16:59 - Bu gün
Aprelin ilk ongünlüyündə hava şəraiti necə olacaq? - PROQNOZ

Azərbaycanda aprel ayının birinci ongünlüyündə hava şəraiti dəyişkən, fasilələrlə yağıntılı keçəcək.

1news.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumjat yayıb.

Qeyd edilib ki, Bakıda və Abşeron yarımadasında aprelin 4-ü gündüzdən 6-sı gündüzədək arabir yağış yağacağı gözlənilir. Yarımadanın bəzi yerlərində yağışın intensiv olacağı ehtimalı var.

Azərbaycanın rayonlarında aprelin 4-ü səhər qərb rayonlarından başlayaraq 7-si səhərədək hava şəraitinin fasilələrlə yağıntılı olacağı gözlənilir. Bəzi yerlərdə yağıntıların intensiv, ayrı-ayrı şərq rayonlarında güclü olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, bəzi dağlıq ərazilərdə qar yağacağı ehtimal olunur.

Çaylarda sululuğun artacağı, bəzi dağ çaylarında, xüsusən də Quba-Qusar bölgəsinin çaylarından qısamüddətli daşqın və sel keçəcəyi gözlənilir.

Aprelin 4-7-də gözlənilən yağıntılı hava şəraitindən sonra 7-si gündüz və 8-də yağıntıda qısa fasilə yaransa da, 9-u gündüzdən yenidən yağıntılı hava şəraiti müşahidə olunacaq.

Paylaş:
83

Son xəbərlər

Bütün xəbərlər