Azərbaycan beynəlxalq axtarışda olan Pakistan vətəndaşını Tacikistana təhvil verib | 1news.az | Xəbərlər
Cəmiyyət

Azərbaycan beynəlxalq axtarışda olan Pakistan vətəndaşını Tacikistana təhvil verib

17:06 - Bu gün
Azərbaycan beynəlxalq axtarışda olan Pakistan vətəndaşını Tacikistana təhvil verib

Pakistan İslam Respublikasının vətəndaşı, 1989-cu il təvəllüdlü İnsaf Sobianın ekstradisiyası ilə bağlı Tacikistan Respublikasının Baş Prokurorluğunun vəsatəti Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən təmin edilib.

Bu barədə 1news.az-a Baş Prokurorluqdan məlumat verilib.

Məlumata görə, Tacikistanda dələduzluq cinayətini törətməkdə təqsirləndirilərək beynəlxalq axtarışa elan olunan İnsaf Sobia 2026-cı ilin fevral ayında Azərbaycanda müəyyən edilərək saxlanılıb və barəsində həbs qətimkan tədbiri seçilib.

“Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında” 7 oktyabr 2002-ci il tarixli Konvensiyaya uyğun olaraq onun ekstradisiyası barədə qərar qəbul edilib. Təqsirləndirilən şəxs Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin xüsusi konvoyunun müşayiəti ilə Tacikistan Respublikasının səlahiyyətli orqanına təhvil verilib.

Paylaş:
80

Son xəbərlər

Bütün xəbərlər