Əli Əsədov: Türkiyə və Özbəkistan millilərinin dünya çempionatına vəsiqə qazanması Türk dünyasının zəfəridir | 1news.az | Xəbərlər
Cəmiyyət

Əli Əsədov: Türkiyə və Özbəkistan millilərinin dünya çempionatına vəsiqə qazanması Türk dünyasının zəfəridir

11:06 - Bu gün
Əli Əsədov: Türkiyə və Özbəkistan millilərinin dünya çempionatına vəsiqə qazanması Türk dünyasının zəfəridir

Türkiyə və Özbəkistan millilərinin dünya çempionatına vəsiqə qazanması Türk dünyasının zəfəridir.
1news.az
-ın APA-ya istinadən xəbərinə görə, bunu Baş anzir Əli Əsədov Türk Dövlətləri Təşkilatının (TDT) üzv ölkələrinin baş nazirləri və vitse-prezidentlərinin Bakı görüşündə bildirib.

“Martın 31-də Türkiyə milli komandası Kosovo üzərində qazandığı qələbə (1-0) nəticəsində 24 il sonra yenidən futbol üzrə dünya çempionatına (ABŞ, Meksika və Kanadada təşkil ediləcək) vəsiqə qazandı. Bu möhtəşəm qələbə hər birimiz üçün xüsusi sevinc mənbəyinə çevrildi. Bu tarixi hadisə münasibətilə qardaş Türkiyəni ürəkdən təbrik edirik. Eyni zamanda, Özbəkistanın da tarixində ilk dəfə olaraq dünya çempionatına yüksəlməsi xüsusi qürur və sevinc doğurur. Bu tarixi nailiyyətə qardaş Özbəkistan hələ ötən ilin iyun ayında imza atıb. Hər iki uğur bütövlükdə türk dünyasının zəfəri kimi qiymətləndirilə bilər. Bu qələbələr türk xalqlarının bütün sahələrdə yüksəlişini aydın şəkildə əks etdirir”, - deyə Baş nazir vurğulayıb.

Paylaş:
92

Son xəbərlər

Bütün xəbərlər