Ziya Bünyadov prospektində təmir işləri: Paytaxtın əsas yollarında güclü sıxlıq yaranıb - FOTO
Paytaxtın Nərimanov rayonu, Ziya Bünyadov prospekti ilə Azadlıq prospektinin kəsişməsində (körpünün üzərində) təmir işləri aparılır.
1news.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb.
Bu səbəbdən prospektdən “Koroğlu” metro stansiyası, Alı Mustafayev, Əbdülvahab Salamzadə küçələri, “20 Yanvar” dairəsi, Moskva və Tbilisi prospektləri, eləcə də Bakı-Sumqayıt şosesi istiqamətlərində sıxlıq müşahidə olunur.
Hazırda polis əməkdaşları tərəfindən müxtəlif istiqamətlər üzrə sıxlığın aradan qaldırılması üçün tədbirlər görülür.
.jpeg)
.jpeg)

.jpeg)
.jpeg)
.jpeg)

87












