Azərbaycan Paraqvaydan düyü tədarükünü bərpa edib | 1news.az | Xəbərlər
Cəmiyyət

Azərbaycan Paraqvaydan düyü tədarükünü bərpa edib

Oksana Orucova15:47 - Bu gün
Azərbaycan Paraqvaydan düyü tədarükünü bərpa edib

Bu ilin yanvar ayında Azərbaycan 7,3 milyon ABŞ dolları dəyərində 8 231 ton düyü idxal edib.

1news.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 11 % azdır, kəmiyyət olaraq – 0,2 % çoxdur.

Hesabat dövründə Azərbaycan Hindistandan 6,7 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 4 % az) 7 min 299 ton (+10 %), Qazaxıstandan 290 min ABŞ dolları dəyərində (-27 %) 495 ton (-8 %), Rusiyadan 193 min ABŞ dolları dəyərində 338 ton (bir il əvvəl tədarük olmayıb), Pakistandan 76,6 min ABŞ dolları dəyərində (-73 %) 73 ton (-81 %), Vyetnamdan 11,1 min ABŞ dolları dəyərində (-88 %) 252 ton (-85 %) düyü alıb.

Azərbaycan 2 il 9 aylıq fasilənin ardından Paraqvaydan tədarükü (2,3 min ABŞ dolları dəyərində 4 ton) bərpa edib.

Paylaş:
66

Son xəbərlər

Bütün xəbərlər