Suraxanının bəzi ərazilərində işıq olmayacaq
Suraxanı rayonunun bir sıra ərazilərində elektrik enerjisinin verilişində fasilə yaranacaq.
Bu barədə 1news.az-a "Azərişıq" ASC-dən məlumat verilib.
Bildirilib ki, elektrik enerjisinin verilişində keyfiyyət göstəricilərinin artırılması və artan yük tələbatının qarşılanması məqsədilə aprelin 10-da Suraxanı Rayon Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) ərazisində əsaslı təmir işləri aparılacaq.
Hövsan qəsəbəsində yerləşən Transformator Məntəqəsində həyata keçiriləcək təmir-təftiş işləri ilə əlaqədar əlaqədar saat 13:00-dan 15:00-dək qəsəbənin Elçin Məmmədov, Oqtay Şabanov, İlqar Əhlimanov küçələrində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq.
Təmir işləri yekunlaşdıqdan sonra sözügedən ərazilər daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq.












