Tovuzda 57 yaşlı kişi dostunun yasında dünyasını dəyişib | 1news.az | Xəbərlər
Cəmiyyət

Tovuzda 57 yaşlı kişi dostunun yasında dünyasını dəyişib

14:56 - 24 / 04 / 2026
Tovuzda 57 yaşlı kişi dostunun yasında dünyasını dəyişib

Tovuz rayonunda yas yerinə gedən kişi vəfat edib.

1news.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, 1969-cu il təvəllüdlü Aşağı Quşçu kənd sakini İlqar Məmmədov dostunun yas mərasimində olarkən vəziyyəti ağırlaşıb.

Nəticədə o, vəfat edib. Hadisə yerinə polis və prokurorluq orqanı əməkdaşları cəlb olunub.

Faktla bağlı Tovuz Rayon Prokurorluğunda araşdırma aparılır.

Paylaş:
298

Son xəbərlər

Anar Əsədliyə hökm oxundu

22 / 05 / 2026, 17:28
Bütün xəbərlər