Paytaxtda klinikadan oğurluq etməkdə şübhəli bilinən kassir saxlanılıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Paytaxtda klinikadan oğurluq etməkdə şübhəli bilinən kassir saxlanılıb

12:03 - Bu gün
Paytaxtda klinikadan oğurluq etməkdə şübhəli bilinən kassir saxlanılıb

Nəsimi rayonunda yerləşən özəl klinikaların birindən 5000 manat oğurlamaqda şübhəli bilinən kassir saxlanılıb.

Bu barədə 1news.az-a Daxili İşlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, cinayət əməlini törətməkdə şübhəli bilinən 29 yaşlı L.Məmmədova müəyyən olunaraq saxlanılıb. Araşdırmalar zamanı məlum olub ki, o, pul vəsaitini kassir kimi çalışdığı klinikadan müxtəlif vaxtlarda hissə-hissə talayıb.

Fakt üzrə araşdırmalar davam etdirilir.

Paylaş:
72

Son xəbərlər

Bütün xəbərlər