Polisdən əməliyyat - 71 kq narkotik vasitə və 13 min ədəd həb aşkarlandı | 1news.az | Xəbərlər
Cəmiyyət

Polisdən əməliyyat - 71 kq narkotik vasitə və 13 min ədəd həb aşkarlandı

12:12 - Bu gün
Polisdən əməliyyat - 71 kq narkotik vasitə və 13 min ədəd həb aşkarlandı

DİN BNMİ-nin əməliyyatı zamanı 71 kq narkotik vasitə və 13 min ədəd həb aşkarlanıb

1news.az xəbər verir ki, DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinin qarşısının alınması məqsədi ilə əməliyyatlar davam etdirilir. Paytaxt ərazisində keçirilən tədbirlər zamanı Cavid Zamanov, Ehtiram Abdullayev və İlkin Baxşıyev saxlanılıblar. Onlardan 71 kq tiryək, tərkibinə zərərli maddələr əlavə edilmiş marixuana və 13 min ədəd metadon həbi aşkarlanıb. Saxlanılan şəxslərin xarici narkotacirlərin tapşırığı ilə narkokuryerlik etdikləri müəyyən edilib.

Faktla bağlı cinayət işləri başlanılıb, saxlanılan şəxslər barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Polis əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə davam etdirilir.

Paylaş:
70

Son xəbərlər

Bütün xəbərlər