Sumqayıt stadionunda faciəvi hadisə | 1news.az | Xəbərlər
Cəmiyyət

Sumqayıt stadionunda faciəvi hadisə

11:24 - Bu gün
Sumqayıt stadionunda faciəvi hadisə

Sumqayıt şəhəri Mehdi Hüseynzadə küçəsində yerləşən stadiondan meyit tapılıb.

1news.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, hadisə mayın 6-sı saat 09 radələrində qeydə alınıb.

Stadiondakı idman zalından oranın inzibatçısı Zəngilan rayon sakini 1999-cu il təvəllüdlü Cəmil Allahverdi oğlu Hətəmxanovun meyiti aşkar edilib.

Gənc oğlanın həyatına qəsd etdiyi bildirilib.

Faktla bağlı Sumqayıt Şəhər Prokurorluğunda araşdırma aparılır.

Paylaş:
86

Son xəbərlər

Bütün xəbərlər