Avtomobil 1-ci sinif şagirdini vurub öldürdü
Yevlaxda azyaşlının ölümü ilə nəticələnən yol qəzası baş verib.
1news.az qafqazinfo-ya istinadən xəbər verir ki, V. Mustafayev idarə etdiyi "Toyota Corolla" markalı avtomobillə Yevlax şəhəri ərazisində hərəkətdə olarkən 2019-cu il təvəllüdlü piyada Misirxan Murad oğlu Rəsulovu vurub.
Orta məktəbin 1-ci sinif şagirdi olan Misirxan aldığı xəsarətlərdən vəfat edib.
Faktla bağlı cinayət işi açılıb, istintaq aparılır.
94












